Ərdoğanın Naxçıvana səfəri başlayıb - YENİLƏNİB

  • 14:34 - 25 Sentyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb.

Avropa.info xəbər verir ki, dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib.

***13:50

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir günlük işgüzar səfərlə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına gəlir. 

Avropa.info xəbər verir ki, göyərtəsində Türkiyə dövlətinin başçısının olduğu təyyarə yerli vaxtla saat 11:20-də Naxçıvana havaya qalxıb. 

Ərdoğanı Atatürk Beynəlxalq Hava Limanında vitse-prezident Cövdət Yılmaz, İstanbul valisi Davud Gül və digər türk rəsmi şəxslər yola salıblar. 

Səfər zamanı Türkiyə liderini xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ətraf mühit, şəhərsalma və iqlim naziri Mehmet Özhaseki, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, ticarət naziri Ömər Bolat, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun, prezidentin müşaviri Akif Çağatay, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik və digər rəsmi şəxslər müşayiət edirlər. 

Səfər Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. 

Məlumata görə, liderlər ikitərəfli Türkiyə-Azərbaycan münasibətlərini müzakirə edəcəklər. 

Həmçinin, aktual regional və beynəlxalq problemlər, ilk növbədə Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq. 

Türkiyə və Azərbaycan prezidentlərinin İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan hərbi kompleksinin açılışında iştirakı gözlənilir.


Oxunma sayı: 4445

Oxşar yazılar