Mariya Zaxarova sülhməramlıların ölümündən DANIŞDI
- 20:35 - 20 Sentyabr
Qarabağda həlak olan rusiyalı sülhməramlılar bu zərbəni regionda sülh naminə alıblar.
Avropa.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Regionda sülh naminə həlak olmuş Rusiya sülhməramlılarının xatirəsini ehtiramla yad edirik”, - diplomat Telegram kanalında yazıb.
Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlılarını aparan avtomobil müşahidə məntəqəsindən qayıdarkən atəşə tutulub. Avtomobildə olan hərbçilər həlak olub.
Zaxarova vurğulayıb ki, Ermənistanın Azərbaycan üçün Qarabağı tanıması Paris və Brüssel tərəfindən irəli sürülən bu məsələnin son həlli olub. “Nikol Paşinyan və Ermənistan hakimiyyəti niyə məhz belə etdi, Paris və Brüssel rəsmi İrəvanı niyə buna sövq etdilər – bu suallar onlara verilməlidir”, o əlavə edib.