Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib - FOTO

  • 16:58 - 16 Sentyabr

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.


Oxunma sayı: 3752

Oxşar yazılar