QHT-lərə Dövlət Dəstəyi Agentliyindən yeni mərhələyə daha bir addım

  • 12:36 - 16 Sentyabr

Yeni yanaşmanın əsas məqsədi QHT-lərin, ölkənin sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılmasında, milli və ictimai maraqların qorunması potensialını, rolunu gücləndirməkdir

Azərbaycanın Vətən müharibəsində qələbəsi inkişaf siyasəti ilə əlaqədar yeni vəzifələr müəyyən edib. Bu vəzifələrin yerinə yetirilməsinə nail olunması, strateji istiqamətlərinin müəyyənləşdirilməsində yeni imkanları və gerçəklikləri nəzərə alan konsepsiya və proqramların hazırlanması həyata keçirilir. Bu kontekstdə Azərbaycanda qeyri-hökumət təşkilatlarının inkişafı siyasəti ilə bağlı yeni yanaşmaların tətbiqi mühüm əhəmiyyət kəsb edir. Nazirlər Kabinetinin dünən 327 saylı qərarı ilə təsdiq etdiyi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən qrant müsabiqələrin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məhz bu kontekstdə dəyərləndirilməlidir.

Qısa, bir cümlə ilə ifadə etsək, bu sənədləri “QHT mərkəzli” kimi dəyərləndirə bilərik. Bu qayda və meyarlarda ilk növbədə müsabiqələrin hər bir QHT üçün əlçatan olması, hər bir QHT-nin potensialının nəzərə alınması imkanları, müsabiqələrin müyəssər olması nəzərdə tutulub.

“Kiçik qrant müsabiqəsi”, “Orta qrant müsabiqəsi”, “Böyük qrant müsabiqəsi” müsabiqələrini nəzərdə tutularaq qrant müsabiqələrinin şaxələndirilməsi və vətəndaş cəmiyyətinin ehtiyaclarına, müasir çağırışlara uyğunlaşdırılması da mühüm yenilikdir. Bu müsabiqələr üzrə hər bir layihə üzrə qrant məbləğinin müvafiq olaraq 15, 30, 50 min manat həddində müəyyən edilməsi yeni dövrün və yanaşmanın tələbi kimi dəyərləndirilə bilər. Bu dəyişikliklərin və yeniliklərin əsas məqsədi qeyri-hökumət təşkilatlarının ictimai maraqların qorunması, dövlət və özəl sektorla əməkdaşlıq sahəsində, ölkənin sosial-iqtisadi inkişafına dair prioritetlərin reallaşdırılmasında potensialını gücləndirməkdir.

Bu Qayda və meyarlarda şəffalıq və hesbatlılıq standartalarının zəruri etdiyi bütün digər məlumatlar əvvəlcədən açıqlanır və bütün maraqlı tərəflər üçün əlçatan olmasını nəzərdə tutur. Bu qaydalar qrant müsabiqələrinə təqdim olunan layihə təkliflərinin əvvəlcədən açıqlanan, əlçatan olan meyarlar, qaydalara əsasən, subyektiv təsirləri istisna edən müstəqil qiymətləndirilməsi həyata keçirilməsi mexanizmini daha da təkmilləşdirir.

Bu yeni siyasət çevik qrant maliyyələşdirilməsi mexanizmi kimi QHT-lərin potensialından daha dolğun istifadə etməkə milli, regional və yerli (icma) səviyyədə cəmiyyət həyatının müxtəlif sahələrində, ictimai maraqların müdafiəsində, ölkənin sosial-iqtisadi inkişafı problemlərinin həllində, milli maraqların qorunması sahəsində iştirakını və rolunu artıracaqdır.

QHT-lərin müsabiqələrə təqdim edilən sənədlərdəki çatışmazlıqları aradan qaldırmaq imkanının verilməsi, appelyasiya mexanizminin yaradılması da müsabiqələri daha əlçatan edəcək və texniki yanlışlıqları maneə olmaqdan çıxaracaq.

“Orta qrant müsabiqəsi”, “Böyük qrant müsabiqəsi”ndə iştirak üçün kriteriyalarda iştirakı maksimum əlçatan edir. Ən başlıca meyar müvafiq təcrübə və potensialın olmasıdır. Bu baxımdan peşəkar, təcrübəli QHT-lər üçün çox yaxşı imkan yaranır. Uzun illər ərzində irəli sürülən differensial, potensiala uyğun maliyyələşmə mexanizmi nəhayət ki, yaradıldı.

Yeni qaydalar obyektivlik və şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. İlk növbədə müsabiqələrin təşkili ilə bağlı çox konkret müddətlər və şərtlər müəyyən edilib. Bu Agentliyi cavabdeh saxlayacaq ki, müsabiqələr vaxtında, QHT-lərin ehtiyacları nəzərə alınmaqla və əvvəlcədən hamı üçün açıq olan şərtlər daxilində keçirilsin. Müddətlər, məhduddiyyətlər və s. şərtlər hər hansı səbəbə görə dəyişdirilməsin, yenilənməsin. Layihə təkliflərinin nəzərdə tutulan hər üç ekspertiza mərhələsi aydın, konkret təsvir edilib, funksiyalar, hüquq və vəzifələr aydın göstərilib. Bu da obyektivlik, dürüstlük üçün ümdə şərtdir.

QHT-lər də öz növbəsində daha məsuliyyətli yanaşmalı olacaqlar. Layihə təkliflərinin Nizamnamə məqsədlərinə uyğunluğu əsas şərtlərdən biri kimi çıxış edir və artıq bunu gözardı etmək olmayacaq. Təkrar, kopi-past layihələrin olmaması üçün ekspertiza aparılacaq, layihələrin icrası daha effektiv monitorinq ediləcək və bunu mexanizmi aydın şəkildə qeyd olunub.

Bu istiqamətdə təhlillərimiz davam edəcək və sonda qeyd edək ki, yeni yanaşma QHT sektorunda sağlam rəqabət mühiti yaratmağa, institusional inkişafa nail olmağa, bununla da vətəndaş cəmiyyətinin ölkənin sosial-iqtisadi inkişafı problemlərin həllində, milli maraqların qorunması sahəsində iştirakını və rolunu artırmağa hədəflənib.

Zaur İbrahimli
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü


Oxunma sayı: 4137

Oxşar yazılar