Türkiyə səfiri Bakıda türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib - FOTO

  • 12:32 - 15 Sentyabr

Bu gün Azərbaycanda Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni quldur dəstələrindən və bolşevik birləşmələrindən azad edilməsinin 105-ci ildönümü qeyd olunur. 

Avropa.info xəbər verir ki, bu əlamətdar tarix münasibətilə Bakıda Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidədə mərasim keçirilib. 

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Türkiyənin Azərbaycandakı hərbi attaşesi Soner Orucoğlu, Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, səfirliyin müşavirləri, səfirliyin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən türk qurum və təşkilatları, Azərbaycan qaziləri və vətəndaşları iştirak ediblər. 

Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib. 

Mərasim iştirakçıları abidənin önünə əklillər qoyublar. 

Səfir Cahit Bağci kompleksin Xatirə kitabına ürək sözlərinə yazıb. 

Diplomatik nümayəndəliyin rəhbəri və onu müşayiət edənlər də 20 Yanvar faciəsi qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 

Bu gün Azərbaycanda Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni quldur dəstələrindən və bolşevik birləşmələrindən azad edilməsinin 105-ci ildönümü qeyd olunur.

1918-ci il sentyabrın 15-də Nuri Paşa Killigilin komandanlığı altında olan ordu Bakını azad edib və bu, gənc Azərbaycan hökumətinin 1918-ci il mayın 28-dən sonra görüşdüyü Gəncədən köçməsinə imkan verib.

Azərbaycanlılar türk ordusunun qəhrəmanları və 105 il əvvəl qardaş xalqın köməyinə tələsmiş Nuri Paşa Kıllıgilin xatirəsini bu gün də hörmət və ehtiramla yad edirlər.

1918-ci il mayın 28-də müstəqilliyini elan edən Azərbaycan Osmanlı dövləti ilə ilk müqaviləsini imzalayıb.


Oxunma sayı: 4786

Oxşar yazılar