
Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb
- 21:09 - 14 Sentyabr
Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində yeni səngər yolları qazmaq cəhdinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Belə ki, saat 19:05-dən 19:25-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.