İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəməsi başlayır - FOTO

  • 19:56 - 13 Sentyabr

Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücumda təqsirləndirilən şəxslərə qarşı məhkəmə istintaqının bir hissəsi başa çatıb və onlara ittiham aktı elan edilib.

Avropa.info “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Tehranın Ümumi və İnqilab Məhkəməsinin prokuroru Əli Salehi bildirib.

O, qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin ittihamı ilə bağlı proses kifayət qədər operativ və dəqiqliklə aparılıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikovla” silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edərək, mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfəri isə yaralayıb.


Oxunma sayı: 15500

Oxşar yazılar