Bakıda 14 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

  • 09:59 - 13 Sentyabr

Bakıda 14 yaşlı qız qaçırılıb.

Avropa.info APA-ya istinadən xəbər verir ki, Mirvari Tofiq qızı Eminova Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək onunla eyni ünvanda yaşayan övladı - 2009-cu il təvəllüdlü qızı M.N.-in yaşadıqları evdən naməlum istiqamətdə getdiyini və bir daha geri qayıtmayaraq itkin düşdüyünü bildirib.

Qız 43-cü PB-nin əməkdaşları ilə telefon vasitəsilə əlaqə saxlayaraq adını bildirmədiyi şəxs tərəfindən evlənmək məqsədilə Masallı rayonuna aparıldığını bildirib.

Faktla bağlı Binəqədi RPİ-nin 43-cü PB-də araşdırma aparılır.


Oxunma sayı: 12596

Oxşar yazılar