Türkiyə tarixində ilk dəfə: Qadınlardan ibarət komanda Avropa çempionu oldu - FOTO

  • 10:03 - 04 Sentyabr

Türkiyənin qadınlardan ibarət komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiyadan olan rəqiblərinə qalib gələrək tarixində ilk dəfə turnirin qalibi olub. 

Avropa.info xəbər verir ki, həlledici duel sentyabrın 3-də Brüsseldə baş tutub. 

Görüş 3:2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə türkiyəli qadınların xeyrinə başa çatıb. 

Bürünc medalları üçüncü yer uğrunda görüşdə İtaliya yığmasını 3:0 (25:23, 28:26, 25:20) hesabı ilə üstələyən Hollandiya idmançıları qazanıblar. 

Qitə birinciliyi Belçika, Almaniya, İtaliya və Estoniya arenalarında 24 komandanın iştirakı ilə keçirilib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Türkiyə millisini qazandıqları tarixi uğur münasibətilə təbrik ediblər.

 


Oxunma sayı: 15764

Oxşar yazılar