Priqojinin “qəza”sında müəmma pərdəsi: Təyyarəyə paraşüt yüklətdirib – SENSASİON DETALLAR

  • 12:55 - 25 Avqust

Yevgeni Priqojinin təyyarəsinin qəzaya uğramasından əvvəl baş verənlər barədə yeni təfərrüatlar məlum olub.

Rusiya mediası Priqojinun və “Vaqner” komandirlərinin biznes təyyarəsi ilə uçuşlarda necə davrandıqlarını, silah və sursatları necə daşıdıqları barədə yazıb.

Daha əvvəl bildirilirdi ki, Moskva-Peterburq marşrutu üzrə fatal uçuşdan əvvəl, iyulun 20-dən başlayaraq Priqojinin “Embraer Legacy” təyyarəsi Şeremetyevo hava limanında açıq dayanacaqda təmir olunub. Təmirə səbəb sanksiyalara görə alınması çətin olan turborsoyuducunun nasazlığı olub.

Bu müddət ərzində üç nəfərin təyyarəyə rəsmi girişi olub: təyyarənin sahibi olan MNT-Avia şirkətinin texniki direktoru və iki mühəndis.

RUSTAMKAR.JPG (32 KB)

Bildirilir ki, avqustun 23-də Moskvadan uçuşa bir neçə saat qalmış təyyarəyə iki naməlum şəxs daxil olub. Onları ikinci pilot Rüstəm Kərimov gətirib (o, Federal Hava Nəqliyyatı Agentliyinin siyahısındadır və qəza nəticəsində dünyasını dəyişib).

Adları bilinməyən kişi və qadın özlərini “RusJet” şirkətinin əməkdaşları və “Embraer Legacy”nin potensial alıcıları kimi təqdim ediblər. Onlar bir saat boyunca təyyarənin salonunu icələyiblər.

612e18e9d44f918dcafc59164cbf551e.jpg (86 KB)

Axşam saatlarında Priqojin, Utkin, Çekalov və başqalarının olduğu təyyarə Sankt-Peterburqa doğru havaya qalxanda təyyarənin içindən son mesajı stüardessa Kristina Raspopova saat 17:40-da yazıb. Bu, bir sözdən ibarət mesaj olub: "Rulenie". (Bu sözü “taksi sürmək” və “yuvarlanmaq” kimi çevirmək olar).

“Moskovski Komsomolets” qəzetinin məlumatına görə, təyyarə qəzasında öldüyü iddia edilən Yevgeni Priqojin hava səyahəti zamanı sakit olsa da, bəzən qərarları ilə heyəti təəccübləndirirmiş.

Xüsusilə, Priqojinin istifadə etdiyi iki təyyarənin məcburi qaydada paraşütlə təchiz edilməsi pilotları heyrətləndirib.

POQRİJ.JPG (34 KB)

Qeyd olunur ki, hər iki təyyarəyə paraşütlər yüklənib. Bu, pilotların nəzərində olduqca mənasız işdir, çünki qəza zamanı təyyarənin göyərtəsindəki paraşüt kara gəlmir. Lakin Priqojinin tələbi təmin edilib.

Priqojinin uçuş tərzinə bələd olanlar qeyd edirlər ki, yüksək ranqlı sərnişin təyyarədə heç vaxt spirtli içki qəbul etməyib. O, içkilərdən yalnız şirə və kola içirmiş və içkilərin yerli istehsal olub-olmadığıa diqqət edirmiş. Yemək məsələsində isə Priqojin son dərəcə iddiasız olub: soyutma yumurta sifariş edərmiş və qısa uçuşlar zamanı ümumiyyətlə qida qəbul etmirmiş. 

musavat.com


Oxunma sayı: 71347

Oxşar yazılar