SON DƏQİQƏ! Türkiyə ilə İraq Kürd Regional Rəhbərliyi arasında TARXİ ANLAŞMA: Neft ixracatı yenidən başladı...

  • 21:38 - 24 Avqust

“Türkiyə ilə Ceyhan vasitəsilə Kürdüstan bölgəsindən neft ixracının yenidən başlaması barədə razılığa gəldik”.

Avropa.info xəbər verir ki, bunu İraq Kürd Regional Rəhbərliyinin baş naziri Məsrur Bərzani deyib.

Bərzani, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Bayraktar ilə görüşü haqda sosial media hesabında paylaşım da edib.

Bayraktar da sosial media hesabındakı paylaşımında açıqlamaları yayıb:

"Biz cari məsələləri, xüsusilə enerji sahəsində əməkdaşlığı müzakirə etmək üçün bu gün Ərbildəyik. İraq Kürd Regional Rəhbərliyi ilə neftdən təbii qaza qədər bütün enerji sahələrində təchizat təhlükəsizliyimizə töhfə verəcək bir çox layihələr həyata keçirməyi hədəfləyirik", - deyə Bayraktar qeyd edib.


Oxunma sayı: 11738

Oxşar yazılar