Türkiyənin Rusiya ilə danışıqlarından sonra Putindən AÇIQLAMA: "Taxıl Sazişini bərpa etməyə hazırıq..."

  • 10:15 - 23 Avqust

“Əgər öhdəliklər həqiqətən yerinə yetirilərsə, biz taxıl sazişinə qayıtmağa hazırıq”.

Avropa.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın formalaşdırdığı BRİKS sammitinə videomüraciət göndərib. Putin, Rusiyanın geri çəkildiyi Qara dəniz Taxıl Dəhlizi Sazişinə də toxunub.

“Rusiyanın dünya bazarlarına taxıl və gübrə ixracına qarşı sanksiyaların ləğvi ilə bağlı sözdə razılaşmanın (taxıl müqaviləsi) heç bir şərti yerinə yetirilmədi. Rusiya qarşısındakı öhdəliklərə tamamilə məhəl qoyulmadı. Üstəlik, hətta Avropa limanlarında gübrələrin pulsuz daşınmasına mane oldular. Lakin bu, heç bir sanksiya tətbiq edilməməli olan humanitar bir addım idi. Bu faktları nəzərə alaraq, biz iyulun 18-dən bu müqavilənin müddətini yenidən uzatmaqdan imtina etdik. Rusiya tərəfi qarşısında öhdəliklər real şəkildə yerinə yetiriləcəyi təqdirdə Taxıl Sazişinə qayıtmağa hazırdır”, - deyə Putin bildirib.

Qeyd edək ki, Türkiyə taxıl müqaviləsinin yenidən qüvvəyə minməsi üçün çalışır. Məlumatlara görə, Prezident Ərdoğanın birbaşa nəzarətində olan bu məsələdə Rusiya ilə rəliləyiş əldə edilib. NTV-nin Türkiyə Prezident Administrasiyasından əldə etdiyi məlumata görə, Ankara bu məsələnin Moskvasız marşurutunun sağlam olmadığı qənaətindədir. 


Oxunma sayı: 10726

Oxşar yazılar