Macarıstanda Formula-1 mövsümünün XI tura start verilib

  • 15:30 - 21 İyul

Macarıstanda Formula-1 üzrə dünya çempionatının 11-ci tura - Macarıstan Qran Prisinə start verilib. 

Avropa.info xəbər verir ki, yarış Budapeşt yaxınlığındakı Hunqarorinq dairəsində keçiriləcək. 

Ümumi sıralamanın lideri “Red Bull”un pilotu Maks Ferstappendir. Hollandiyalının aktivində hazırda 255 xal var. Onun arxasında “qırmızı öküzlər”in daha bir pilotu meksikalı Serxio Peres (156) dayanır. Üçüncü yeri hazırda “Aston Martin”də çıxış edən ispan Fernando Alonso (137) tutur. 

Macarıstan Qran Prisinin açılış günündə iki məşq nəzərdə tutulub. Yarışın özü bazar günü, iyulun 23-də, təsnifat mərhələsi isə iyulun 22-də baş tutacaq. 

Macarıstan Qran Prisi zamanı baş rolda Bred Pittin çəkildiyi Apex filminin çəkilişləri davam edəcək. 

Macarıstan Qran Prisi Dünya Çempionatının təqviminə 1986-cı ildə daxil olub və o vaxtdan bəri dünyanın ən yaxşı sürücülərini qəbul edir. 

Bukmeker kontorlarının fikrincə, Macarıstanda qalib gəlmək üçün əsas favorit Verstappendir. Uğur üçün ikinci namizəd Serxio Peresdir. 

Macarıstandakı qələbələrə görə rekordçu yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmiltondur, o, burada səkkiz dəfə (2007, 2009, 2012, 2013, 2016, 2018, 2019, 2020) birinci yeri tutub. Macarıstandakı hazırkı pilotlardan Verstappen (2022), avstraliyalı Daniel Rikkardo (2014), alman Sebastyan Fettel (2015, 2017), ispan Fernando Alonso (2003) və fransız Esteban Okon (2021) də qalib gəlib.


Oxunma sayı: 22441

Oxşar yazılar