UEFA-ya MÜRACİƏT: 2026 və 2027-ci illərdə avrokubokların final oyunları Türkiyədə keçirilə bilər

  • 09:14 - 19 İyul

Türkiyə 2026 və 2027-ci illərdə UEFA Avropa Liqası və Avropa Konfrans Liqası finallarına ev sahibliyi etmək üçün müraciət edib. 

Avropa.info bildirir ki, UEFA-dan verilən açıqlamaya görə, 9 ölkənin futbol federasiyaları bu illərdə UEFA-nın klub təşkilatlarının UEFA kişi və qadın final oyunlarına ev sahibliyi etmək üçün ərizə təqdim edib. 

Türkiyə Futbol Federasiyası (TFF) UEFA Avropa Liqası və UEFA Avropa Konfrans Liqasının final oyunlarının 2026 və 2027-ci illərdə İstanbulun “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray” klublarının stadionlarında keçirilməsini təklif edib. 

UEFA İcraiyyə Komitəsi 2024-cü ilin mayında 8 final matçının keçiriləcəyi stadionları müəyyən edəcək. 

Macarıstan, İtaliya, Almaniya, Norveç, Şotlandiya, İsrail və İsveçrə də UEFA-nın əsas yarışlarının final mərhələsinə ev sahibliyi etmək iddiasındadırlar.


Oxunma sayı: 22474

Oxşar yazılar