Ramil Quliyev Türkiyə çempionu oldu

  • 17:07 - 10 İyul

Azərbaycanlı atlet Ramil Quliyev növbəti dəfə Türkiyə çempionu olub.

Avropa.info xəbər verir ki, bu haqda Ramil Quliyevin üzvü olduğu “Fənərbağça” klubunun saytı məlumat yayıb. 

İdmançı 200 metr məsafəyə qaçışda birinci yeri tutub.

Qeyd edək ki, Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda dünya, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində Avropa çempionu olub.


Oxunma sayı: 20670

Oxşar yazılar