Polşada III Avropa Oyunlarının bağlanış mərasimi keçirildi

  • 11:51 - 03 İyul

Polşada III Avropa Oyunlarının bağlanış mərasimi keçirilib. 

Komandalar Krakovdakı Henrik Reyman stadionunda keçirilən bağlanış mərasimində paradda iştirak ediblər. 

Avropa.info xəbər verir ki, mərasimdə Polşa və bəzi Avropa ölkələrinin rəhbərləri, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin rəsmiləri iştirak ediblər. 

Mərasim Polşanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra arenaya iştirakçı ölkələrin bayraqları qaldırılıb. 

Sonra bədii hissə çərçivəsində müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib. 

2027-ci il Avro Oyunlarının keçiriləcəyi yer hələ müəyyən edilmədiyi üçün tədbirə bayrağın növbəti oyunların ev sahibinə təhvil verilməsi mərasimi daxil edilməyib. Sadəcə olaraq, Avropa Olimpiya Komitələrinin bayrağı endirilib.


Oxunma sayı: 19141

Oxşar yazılar