Avropa Oyunları: Azərbaycan boksçusu gümüş medal qazanıb

  • 17:43 - 02 İyul

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında növbəti medalını qazanıb.

Avropa.info "report"a istinadən xəbər verir ki, boksçu Məhəmməd Abdullayev komandanın aktivinə daha bir gümüş medal əlavə edib.

+92 kq çəki kateqoriyasında finalda böyük britaniyalı Castin Orye ilə qarşılaşan Abdullayev rəqibinə uduzaraq Oyunların ikincisi olub.

Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarını ümumilikdə 11 medalla başa vurub. İdmançılarımız 3 qızıl, 2 gümüş, 6 bürünc medal əldə ediblər.


Oxunma sayı: 17931

Oxşar yazılar