Nardaranda istirahət mərkəzində xuliqanlıq: Bir qrup şəxs saxlanıldı

  • 10:32 - 13 İyun

Nardaranda istirahət mərkəzində xuliqanlıq olub, bir qrup şəxs saxlanılıb.

Bu barədə Avropa.info-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində istirahət mərkəzində xuliqanlıq hərəkətləri törədən şəxslər müəyyən olunub.

Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində fakta görə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə iştirakçılarından bir qrupu saxlanılıb.

Cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


Oxunma sayı: 5677

Oxşar yazılar