Şuşada Dünya Qadın Basketbol seriyasının oyunları başlayır - FOTO

  • 11:02 - 12 İyun

İyunun 12-dən 13-dək Azərbaycanın tarixi şəhəri Şuşada Dünya Qadın Basketbol 3x3 seriyasının oyunları keçiriləcək. 

Avropa.info xəbər verir ki, seriyanın “Şuşa” mərhələsində iştirak edəcək səkkiz komanda iki qrupda mübarizə aparacaq. 

Almaniya, Rumıniya, Türkiyə komandaları və “Neftçi” klubu A qrupuna, Hollandiya, Macarıstan, Azərbaycan komandaları və Yaponiyanın G FLOU klubu B qrupuna daxil olub. 

Reqlamentə əsasən, qruplar üzrə qaliblər yarımfinala, ikinci və üçüncü yerlərin sahibləri 1/4 finalda qarşılaşacaqlar. 

Açılış oyunu iyunun 12-də Almaniya və Türkiyə komandaları arasında baş tutacaq. Azərbaycan komandası ilk oyununu Macarıstan komandası ilə, “Neftçi” isə Rumıniya komandası ilə keçirəcək.


Oxunma sayı: 6700

Oxşar yazılar