“Mançester Siti” klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi oldu - VİDEO

  • 02:56 - 11 İyun

“Mançester Siti” klub tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. 

Avropa.info xəbər verir ki, İstanbulda UEFA Çempionlar Liqasının finalında "Mançester Siti" İtaliya "İnter"ini 1:0 hesabı ilə məğlub edib. 

Xosep Qvardiolanın komandası trebl edib - İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və Çempionlar Liqasını qazanıb. 

"Mançester Siti" Çempionlar Liqasının 2022/23 mövsümünün finalında "İnter"i 1:0 hesabı ilə məğlub edib. 

Komandalar ilk hissədə qol vura bilməyib. "Şəhərlilər"in yarımmüdafiəçisi Kevin De Bruyne 36-cı dəqiqədə zədələnərək əvəzlənib. Onu Fil Foden əvəzləyib. 

Matçın yeganə qolunu 68-ci dəqiqədə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri vurub. 

"Siti" Çempionlar Liqasını qazanan 6-cı İngiltərə komandası oldu. Bundan əvvəl Avropanın əsas turnirində “Mançester Yunayted”, “Liverpul”, “Nottingem Forest”, “Aston Villa” və “Çelsi” qalib gəlib.


Oxunma sayı: 7646

Oxşar yazılar