UEFA Çempionlar Liqasının qalibi İstanbulda müəyyənləşəcək

  • 21:43 - 10 İyun

İyunun 10-da Avropanın əsas klub futbol turniri olan UEFA Çempionlar Liqası 2022/23-ün finalı keçiriləcək. 

Avropa.info xəbər verir ki, Atatürk adına istanbul Olimpiya Stadionunda həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “Internationale” klubları ilə qarşılaşacaq. 

Oyun yerli vaxtla saat 22:00-da başlayacaq. 

Həlledici matçı polşalı hakim Szymon Marciniak idarə edəcək. Marçiniaka həmyerliləri Pavel Sokolnitski və Tomaş Listkeviç yardım edəcəklər. Pole Tomasz Kviatovski video köməkçi hakim olacaq. Matçın dördüncü hakimi rumıniyalı İştvan Kovaç təyin olunub. 

Qarşılaşma TV8 və EXXEN kanallarında canlı yayımlanacaq. 

“Mançester Siti” qalib gəlsə, ilk Çempionlar Liqasını qazanacaq. 

Qeyd edək ki, "İnter" öz tarixində üç dəfə Çempionlar Liqasının qalibi olub. 

“Mançester Siti” 2020/2021 mövsümündə ilk Çempionlar Liqasının finalında həmyerliləri “Çelsi London”a 0:1 hesabı ilə uduzub. 

"İnter" 1964, 1965 və 2010-cu illərdə nüfuzlu kuboku qazanıb. Final matçlarında İtaliya klubu 1963-1964 mövsümündə "Real Madridi" 3:1, 1964-1965-cu il mövsümündə Lissabonun "Benfika"sını 1:0, 2009-1964-cü il və 2009-2010-cu il mövsümündə isə "Bavariya"nı 2:0 hesabı ilə məğlub edib.

Komanda 1967 və 1972-ci illərdə də turnirin finalına yüksəlib. 1966-1967 mövsümündə "neradzurri" həlledici görüşdə Şotlandiya "Seltik"inə 1:2, 1971-1972 mövsümündə isə Amsterdam "Ayaks"ına 0:2 hesabı ilə uduzub. 

UEFA-nın məlumatına görə, Atatürk Olimpiya Stadionunda keçiriləcək finalı 72 minə yaxın azarkeş izləyəcək. 

Çempionlar Liqasının finalına 447 könüllü cəlb olunub.


Oxunma sayı: 6997

Oxşar yazılar