Lionel Messi karyerasını "İnter Mayami"də davam etdirəcək

  • 18:33 - 08 İyun

"Paris Saint-Germain" (PSJ) klubundan ayrılan argentinalı Lionel Messi karyerasını ABŞ Futbol Liqası (MLS) komandalarından biri olan "İnter Mayami"də davam etdirəcəyini açıqlayıb. 

Avropa.info-nun məlumatına görə, İspaniya mətbuatına açıqlama verən 35 yaşlı futbol ulduzu “İnter Mayami”yə keçdiyini bildirib. 

"Mən həqiqətən Barselonaya qayıtmaq istərdim və belə bir arzum var idi. Ancaq iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqasının ixtiyarına buraxıb eyni vəziyyətə düşmək istəmədim. Özümü və ailəmi düşünərək qərar verdim”, - deyə o bildirib. 

Maliyyə məsələlərinin onun qərarına təsir etmədiyini iddia edən Messi əlavə edib: “Söhbət puldan getmir. Əgər belə olsaydı, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim”. 

Bundan əvvəl “İnter Mayami” sosial şəbəkədəki səhifəsində müvafiq video yerləşdirərək Messinin transferini elan edib.


Oxunma sayı: 7371

Oxşar yazılar