İlon Mask dünyanın ən varlı adamları reytinqinin birinci pilləsinə qayıtdı

  • 12:53 - 01 İyun

“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, həmçinin “Twitter”in sahibi İlon Mask “Bloomberg” agentliyinə görə planetin ən varlı adamları reytinqinə yenidən başçılıq edir. 

Avropa.info xəbər verir ki, Mask sərvəti 186,6 milyard dollar dəyərində qiymətləndirilən LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arnonu keçib. 

Agentliyin məlumatına görə, planetin üçüncü ən varlı adamını sərvəti təxminən 144 milyard dollar olan Amazon-un qurucusu Ceff Bezos tutur. 

Məlumata görə, Maskın sərvəti 192,3 milyard dollar qiymətləndirilir. 

Agentlik qeyd edir ki, 51 yaşlı Maskın aktivləri bu il onun Tesla şirkətinin səhmlərinin qiymətindəki artım sayəsində 50 milyard dollardan çox artıb.


Oxunma sayı: 3774

Oxşar yazılar