Almaniyanın Rusiyanın 4 konsulluğunu bağlamaq qərarına sərt CAVAB

  • 12:22 - 01 İyun

Rusiya Xarici İşlər Nazirliyi Almaniyanın dörd Rusiya konsulluğunu bağlamaq qərarının cavabsız qalmayacağını bildirib. 

Avropa.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Almaniya rəhbərliyinin Rusiyaya aid ölkədəki 4 baş konsulluğunun bağlanmasına qərar verdiyi xatırladılıb. 

Bu qərarın “qeyri-dost” addım olduğunu və ikitərəfli münasibətləri pozmaq məqsədi daşıdığını vurğulayan bəyanatda aşağıdakı ifadələrə yer verilib: 

"Rusiya tərəfi Berlinin daim təxribat törətdiyi gərginliyə görə günahı öz üzərinə yıxmaq cəhdlərini qəti şəkildə rədd edir. Biz Almaniya administrasiyasını bir daha dayanmağa çağırırıq. Aydındır ki, düşmənçilik siyasəti nümayiş etdirən Berlin öz istiqamətini itirib. Almaniya bunu başa düşməlidir. ikitərəfli münasibətlərin pisləşməsinə görə məsuliyyət daşıyır.Berlin ehtiyatsızlıq edir.Onların təxribatçı hərəkətləri cəzasız qalmayacaq”. 

Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger Rusiyada minimum diplomatik varlığı saxlamağı hədəflədiklərini və noyabrın sonuna qədər 3 Almaniya konsulluğunun bağlanacağını bildirib.


Oxunma sayı: 2718

Oxşar yazılar