Makron: "Putin NATO-nu beyin ölümündən elektroşokla oyatdı" - FOTO

  • 11:55 - 01 İyun

Fransa prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin daha əvvəl “beyin ölümü” olduğunu dediyi NATO-nu oyatdığını müdafiə edib. 

Avropa.info xəbər verir ki, Makron Slovakiyanın paytaxtı Bratislavada keçirilən Globsec Təhlükəsizlik Konfransında verdiyi açıqlamada bir tərəfdən Qərbi Avropa, digər tərəfdən isə Şərqi Avropa deyil, yalnız bir Avropa olduğunu dəyərləndirib. 

Fransa prezidenti qeyd edib ki, Avropanın Rusiyadan, xüsusilə enerji sahəsində asılılığı davam edir. 

2019-cu ildə “NATO-nun beyni ölüb” bəyanatını xatırladan Makron Putinin NATO-nu “elektroşok”la oyandırdığını bildirib. 

Rusiyaya qarşı apardığı müharibədə Makron bildirib ki, Ukraynaya effektiv əks-hücum keçirməyə kömək etmək lazımdır. 

“Əgər Rusiya Avropada sabitliyi pozmaqda israr edərsə, bunun üçün geosiyasi qiyməti ödəməyə hazır olmalıdır”, - Emmanuel Makron bildirib. 

Makron Ukraynaya etibarlı və konkret təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarı olduğunu vurğulayıb. 

Avropanın təhlükəsizliyini və sabitliyini amerikalı seçicilərin istəklərinə buraxa bilməyəcəyini qeyd edən Makron, NATO daxilində Avropa müdafiə qolunun yaradılmasının vacibliyini müdafiə edib. 

Avropanın hərbi sahədə daha dominant olmasını istədiyini ifadə edən Makron, Avropanın öz təhlükəsizlik və qonşuluq məsələləri ilə təkbaşına məşğul olması lazım olduğuna diqqət çəkib. 

Fransa prezidenti bildirib ki, Qərbi Balkanlar, Moldova və Ukrayna Avropa Birliyinə daxil edilməlidir.


Oxunma sayı: 2718

Oxşar yazılar