ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketini açıqladı
- 20:34 - 01 İyun
ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb. Əsasən bura müxtəlif döyüş sursatları, o cümlədən zenit raketləri daxil olacaq.
Avropa.info xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bu, artıq 2021-ci ilin avqustundan bəri Ukraynaya Amerika ordusunun ehtiyatları tərəfindən verilən 39-cu hərbi yardımdır.
Paketə Ukraynanın hava hücumundan müdafiəsini dəstəkləmək üçün əsas imkanlar, xüsusən Patriot hava hücumundan müdafiə sistemləri üçün əlavə raketlər, AIM-7 hava hücumundan müdafiə raketləri, Avenger hava hücumundan müdafiə sistemləri, Stinger MANPADS, HIMARS MLRS üçün əlavə döyüş sursatları və s. daxildir.