Sudan mülki aviasiya uçuşlarına qadağanın uzadılmasına qərar verdi

  • 19:32 - 01 İyun

Sudanın aviasiya hakimiyyəti ölkənin hava məkanında mülki təyyarələrin uçuşlarına qoyulan qadağanın uzadılması barədə qərar qəbul edib. 

Avropa.info xəbər verir ki, bu barədə ölkənin paytaxtı Xartumun beynəlxalq hava limanının administrasiyası məlumat yayıb. 

“Sudan Mülki Aviasiya İdarəsi Sudanın hava məkanının bütün təyyarələr üçün bağlanmasını 15 iyun 2023-cü ilə qədər uzadıb”, - deyə hava limanının Facebook səhifəsində yerləşdirilən məlumatda deyilir. 

Qeyd edilir ki, istisnalar yalnız səlahiyyətli orqanlardan müvafiq icazələr alındıqdan sonra humanitar yardımın çatdırılması və evakuasiya üçün uçuşlar üçün edilir.


Oxunma sayı: 3257

Oxşar yazılar