İrandan Azərbaycan türklərinə daha bir QADAĞA: Məhkəmə Güneyli soydaşlarımızın iddialarını rədd etdi

  • 12:29 - 01 İyun

Tehran rəhbərliyi ölkədə yaşayan Azərbaycan türklərinə türk adlarını götürməyi qadağan edir. İllərdir qanunsuz olaraq türk adlarına qadağa qoyan İran Əhali Müdirliyi Güney Azərbaycanda doğulan körpəyə adı türkcə “Volkan” olduğu üçün şəxsiyyət vəsiqəsi verməyib. Məhkəmə də adın dövlət tərəfindən tanınmadığını bildirərək ailənin iddiasını rədd edib. 

Avropa.info xəbər verir ki, İranın türk adlarına tətbiq etdiyi qadağalar və məhdudiyyətlər davam edərkən yenə qalmaqallı hadisə yaşanıb. Türk adlarına qarşı allergiyası olan və onları qəbul etməyən İran Əhali Müdirliyi türkcə “Volkan” adına kimlik verməkdən imtina edib. Əhali Müdirliyi Güney Azərbaycanda doğulan körpəyə “Volkan” adını verdiyi körpəni ailəsinin qeydiyyatına almayaraq ona şəxsiyyət vəsiqəsi verməyib. 

Volkan adlı körpənin atası Təbriz Əhali Müdirliyi tərəfindən bloklandıqdan sonra məhkəməyə üz tutub. Təbriz Baş və Mülki Məhkəməsi 12 may 2023-cü il tarixli sənəddə “Volkan yad bir addır” və İran mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını və dövlət tərəfindən tanınmadığını bildirib. 

İran uzun müddətdir ki, türk adlarına qarşı “qadağa” siyasəti aparır. Bölgədə yaşayan türk ailələr övladlarına türk adları verdikləri üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər. İran Siyahıyaalma Bürosunun Güney Azərbaycanda yaşayan türk ailələrinə şəxsiyyət vəsiqəsi verməkdən imtinası ailələr tərəfindən etirazla qarşılanıb. Bir çox ailə təzyiqi sosial media hesabından açıqlamalı olub. İranın Qeydiyyat İdarəsi təsdiq edilmiş adların siyahısını açıqlayıb və vətəndaşlardan övladları üçün bu adları seçmələrini istəyib. Valideynlərin seçdiyi ad qeydiyyat şöbəsi tərəfindən təklif olunan siyahıdan kənardadırsa, seçilmiş ad baxılmaq üçün şöbənin direktorlar şurasına (ad komitəsinə) göndərilir və təsdiq edilmədikcə heç bir seçimə icazə verilmir. 

Qızına Azərbaycan türkcəsində “oyanış”, “dirilmə” mənasını verən “Ayıl” adını vermək istəyən İran hökuməti şəxsiyyət vəsiqəsi də verməyib. Eyni şəkildə İranın şimalındakı Şərqi Azərbaycan vilayətinin Mərənd Ali Məhkəməsi də yeni doğulan körpəyə Azərbaycan türkcəsində “türk ayı” mənasını verən “Türkay” adının verilə bilməyəcəyinə qərar verib və ailənin müraciətini rədd edib. 

Ailələr öz mədəniyyətlərini yaşatmaq üçün övladlarına türk adları vermək istəsələr də, buna icazə verməyən şiə Tehran rəhbərliyi qanunlarda müəyyən bir maddə olmadığı halda bu əməli davam etdirir.


Oxunma sayı: 3972

Oxşar yazılar