Türkiyədə İstanbulun fəthinin 570-ci ildönümünü qeyd edilir

  • 15:12 - 29 May

Türkiyədə İstanbulun fəthinin 570-ci ildönümünü qeyd edilir.

Avropa.info xəbər verir ki, Boğazın sahilində yerləşən şəhərin ələ keçirilməsi dünya tarixində dönüş nöqtələrindən biri hesab edilir.

Osmanlı dövlətinin yeddinci hökmdarı kimi taxta çıxan Sultan II Mehmet Bizans İmperiyasının paytaxtını fəth etməyi qarşısına məqsəd qoymuşdu. 21 yaşlı Sultan şəhəri dənizdən və qurudan mühasirəyə almaq üçün plan hazırlayır. Şəhərin mühasirəsi 1453-cü il aprelin 6-dan mayın 29-dək davam edib.

Mayın 29-u səhər saat üç radələrində Sultan son hücum əmrini verib. Bizans imperatoru Konstantin Paleoloqos sui-qəsd nəticəsində öldürülüb.

İstanbulun fəthi min illik Bizans imperiyasına son qoydu. 1453-cü il mayın 29-da Sultan II Mehmet yaxın ətrafının müşayiəti ilə təntənəli şəkildə İstanbula daxil oldu.


Oxunma sayı: 4071

Oxşar yazılar