Tədbirə gedən məktəb direktoru qəzada öldü - FOTO

  • 19:35 - 29 May

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 12:30 radələrində rayonun Xanbulan kənd ərazisində Liman qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Məmmədov Ramiz Şahvələd oğlunun idarə etdiyi "Nissan" markalı minik avtomobili qarşıdan gələn avtobusla toqquşub. Nəticədə R.Məmmədov və 2 sərnişini ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən Ramiz Məmmədov qısa müddət sonra vəfat edib.

Bildirilir ki, R.Məmmədov vaxtilə dərs dediyi Lənkəran şəhər 3 nömrəli məktəbin məzunlarının məktəbi bitirmələrinin 30 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirə gedərkən qəzaya düşüb.


Oxunma sayı: 2707

Oxşar yazılar