Gədəbəydə kütləvi dava: Ölən və yaralananlar var

  • 16:39 - 28 May

Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.

Bu barədə Avropa.info-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

"Dərhal Rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölmüş, digər 2 nəfər isə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə o bildirib.


Oxunma sayı: 6425

Oxşar yazılar