Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək - FOTO

  • 21:40 - 27 May

Türkiyədə mayın 28-i bazar günü Cümhuriyyət tarixində ilk dəfə prezident seçkilərində ikinci tur səsvermə keçiriləcək. 

Avropa.info xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 08:00-dan 17:00-dək açıq olacaq. 

Ölkə üzrə 191 mindən çox seçki qutusu quraşdırılacaq. Seçicilərin sayı 60 milyon nəfəri ötür. 

Xatırladaq ki, mayın 14-də keçirilən səsvermənin birinci turunun nəticələrinə görə, namizədlərdən heç biri 50 faiz, Cümhur İttifaqının namizədi, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan (49,52 faiz səs) və Millət İttifaqının ikinci tura girmə haqqını Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu (yüzdə 44,88) alıb. 

В Турции пройдет второй тур выборов президента

Mayın 14-də 5,17 faiz səs toplayan ATA blokunun namizədi Sinan Oğan tərəfdarlarını ikinci turda Ərdoğanın namizədliyini dəstəkləməyə çağırıb. 

Səslərin hesablanması yerli vaxtla saat 17:00-da seçki məntəqələri bağlandıqdan sonra başlayacaq. 

Səhhətinə görə məntəqələrə gələ bilməyən seçicilər üçün “səyyar seçki qutuları” fəaliyyət göstərəcək. 

Həmçinin, mayın 14-də keçiriləcək seçkilərdə olduğu kimi, görmə problemi olan vətəndaşlar da xüsusi hazırlanmış şablon üzrə səs verə biləcəklər. 

Xaricdə yaşayan Türkiyə vətəndaşları üçün səsvermə mayın 24-də başa çatıb. 73 ölkədə və keçid məntəqələrində ümumilikdə 3,5 milyon seçici səs verib. 

Xaricdən seçki qutuları hava və diplomatik poçtla Ankaraya çatdırılıb. Onlar digər seçki qutuları ilə birlikdə bazar günü axşam səsvermə başa çatdıqdan sonra açılacaq. 

Seçkilərin nəticələri ilə bağlı yayıma qadağa mayın 28-i, bazar günü yerli vaxtla saat 21:00-dək qüvvədə olacaq. Yüksək Seçki Komissiyasının qərarı ilə qadağa qanunla müəyyən edilmiş müddətdən tez götürülə bilər.


Oxunma sayı: 2718

Oxşar yazılar