İlin əvvəlindən Türkiyəyə 11 milyondan çox əcnəbi səfər edib

  • 10:33 - 27 May

2023-cü ilin ilk 4 ayında Türkiyəyə 11 milyondan çox əcnəbi səfər edib. 

Avropa.info xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, yanvar-aprel aylarında Türkiyəyə gələn əcnəbilərin sayı 11 milyon 90 min 247 nəfərə çatıb. 

Türkiyəyə ən çox əcnəbi Rusiyadan gəlib - 1 milyon 153 min 341 nəfər, bu da ötən illə müqayisədə 134,94 faiz çoxdur. 

Sonrakı yerdə Almaniya - 966 min 336 və Bolqarıstan - 797 min 956 nəfərdir. 

Aprel ayında Türkiyəyə gələn əcnəbilərin sayı ötən illə müqayisədə 29,03 faiz artaraq 3 milyon 321 min 824 nəfərə çatıb.


Oxunma sayı: 2146

Oxşar yazılar