Türkiyədə müxalifətin hədəfinə çevrilən Sinan Oğan danışdı: "HDP ilə yan-yana dayanıb özümü inkar etməliydim?"

  • 01:23 - 26 May

“TRT Haber”də canlı yayımda danışan Sinan Oğan prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğana dəstək vermək qərarına gəlməsinin səbəbini açıqlayıb. 

Avropa.info xəbər verir ki, Ərdoğanı dəstəkləmək qərarından sonra müxalifətin hədəfinə çevrilən Sinan Oğan TRT Haber kanalında canlı yayımda danışıb. 

"Kılıçdaroğlu ilə danışdım, xahişim olmadı. Bir prinsip irəli sürdüm. Prinsiplərimizi ortaya qoyduq. Bu seçkidə necə qalib gələcəksiniz deyə soruşdum, mənə verdiyi cavab inandırıcı olmadı", - deyə o bildirib. 

Qırmızı xəttinin HDP olduğunu bildirən Oğan açıqlamasına belə davam edib: 

"Oradakı qırmızı xəttim HDP idi. HDP ilə bir araya gəlməyim işin təbiətinə ziddir. Bir türk millətçisi olaraq HDP ilə yan-yana dayanıb özümü inkar etməliydim?"


Oxunma sayı: 3048

Oxşar yazılar