Ərdoğan: Qaçqınların Suriyaya qayıtması üçün şərait formalaşır

  • 10:00 - 26 May

Türkiyə suriyalı qaçqınların vətənlərinə könüllü qayıtması üçün infrastruktur formalaşdırır. 

Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ölkənin kiçik və orta biznes nümayəndələri qarşısında çıxışı zamanı deyib. 

Dövlət başçısı xatırladıb ki, Türkiyə hakimiyyəti qeyri-hökumət təşkilatlarının dəstəyi ilə əvvəllər Suriya ərazisində yüz minlərlə suriyalının ehtiyacları üçün evlər tikib. 

Eyni zamanda Suriyanın şimalında Qətərin dəstəyi ilə bir milyon qaçqının yerləşdirilməsi üçün evlərin tikintisi davam edir. 

"Bir gün əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri evlərin qoyulması mərasimində iştirak edib", - Türkiyə lideri bildirib. 

Ərdoğan vurğulayıb ki, Türkiyə hakimiyyəti qaçqınları çaşdırmaq niyyətində deyil, Almaniya, Fransa və ABŞ təcrübəsindən istifadə edərək, miqrantların öz vətənlərinə könüllü qayıtması üçün ilkin şərait yaradır. 

Bu arada Türkiyə mediası Qətər İnkişaf Fondunun dəstəyi ilə Suriya ərazisində evlərin üç il ərzində tikiləcəyini yazıb. Söhbət 240 min yaşayış binasından gedir.


Oxunma sayı: 2399

Oxşar yazılar