Fransa DİN: 2022-ci ildə hər 12 dəqiqədən bir uşaq itkin düşməsi ilə bağlı xəbərlər gəlirdi

  • 23:59 - 25 May

Fransada 2022-ci ildə hər 12 dəqiqədən bir uşaq itkin düşdüyü barədə məlumat verilir. 

Avropa.info xəbər verir ki, bu məlumatlar "Droit d'Enfance" (Uşaq Hüquqları) assosiasiyasının 2022-ci ildə Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən Beynəlxalq İtkin Uşaqlar Günü ilə bağlı hazırladığı hesabatda yer alıb. 

2022-ci ildə Fransada 40 mindən çox itkin uşaq faktı qeydə alınıb. Bu rəqəmin 37,9 faizini 15 yaşadək yetkinlik yaşına çatmayanlar təşkil edib. 

63 faiz hallarda 15 yaşdan yuxarı yeniyetmələr valideynləri ilə fikir ayrılığı səbəbindən evlərini tərk ediblər. 

Bundan əlavə, azyaşlıların itkin düşməsinə dair məlumatların əhəmiyyətli bir hissəsi qızların evdən qaçması ilə bağlıdır. 

Ümumiyyətlə, itkin düşmüş şəxslərin xəbərləri cəmiyyətin bütün sahələrini əhatə edir.


Oxunma sayı: 2971

Oxşar yazılar