İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi dəvət olunmuş qonaq qismində iştirak edəcək

  • 12:47 - 25 May

Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirak edəcək.

Avropa.info TASS-a istinadən bildirir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək., Özbəkistan və Tacikistan prezidentləri Şavkat Mirziyoyev və Emoməli Rəhmon isə videobağlantı vasitəsilə qoşulacaqlar. . Nəticədə birgə sənədlərin imzalanması gözlənilir. 

Kremlin mətbuat xidməti Putinin cümə axşamı həmkarları ilə ayrı-ayrılıqda ikitərəfli görüşlər keçirəcəyini bildirib. Prezidentin mətbuat katibinin sözlərinə görə, Paşinyan və Əliyevlə iki ayrı görüş, daha sonra isə üçtərəfli danışıqlar planlaşdırılır. 

Kremlin mətbuat xidmətinin əvvəllər verdiyi məlumata görə, cümə axşamı keçiriləcək iclasda Rusiyanın 2023-cü ildə Aİİ-yə sədrliyi zamanı qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı irəliləyişlərə baxılması planlaşdırılır. Birliyin beynəlxalq fəaliyyəti, onun üçüncü ölkələr və regional birliklərlə ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi məsələləri də müzakirə olunacaq.

“Beşlik” liderlərinin Ali Avrasiya İqtisadi Şurasının dar və geniş tərkibdə iclasları keçirəcəyi planlaşdırılır. 


Oxunma sayı: 3488

Oxşar yazılar