İran qazının Avropaya tədarükü: Tehran Türkiyəni seçəcək - Rəsmi AÇIQLAMA

  • 12:58 - 25 May

İran Milli Neft Şirkətinin (NIOC) baş direktoru Məcid Çegeni deyib ki, İran qazının Avropaya tədarükü başlayarsa, Tehran Türkiyədən keçən ixrac marşrutuna arxalanacaq. 

Avropa.info-nun məlumatına görə, ILNA agentliyi ilə söhbətində NIOC baş direktoru qeyd edib ki, Pakistan, Əfqanıstan və Oman da İran qazını almaqda maraqlıdır. 

Onun sözlərinə görə, bu məsələ ilə bağlı danışıqlar aktualdır, lakin bu ölkələrin bəziləri ilə razılaşmalar üçün baza hələ formalaşmayıb.


Oxunma sayı: 2080

Oxşar yazılar