Quzey Kıbrıs Türk Cümhuriyyətində Azərbaycanın müstəqillik günü qeyd olunacaq - FOTO

  • 12:41 - 25 May

Kıbrıs Müasir İncəsənət Muzeyi tərəfindən Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü şərəfinə təşkil edilən 54 azərbaycanlı rəssamın əsərlərindən ibarət “Azərbaycan Müstəqillik Günü Sərgisi” mayın 26-da Yaxın Şərq Universiteti Xəstəxanasının sərgi salonunda Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar tərəfindən açılacaq. 

Avropa.info xəbər verir ki, Yaxın Şərq Universiteti və Kıbrıs Müasir İncəsənət Muzeyinin təşkilatçılığı ilə türk dünyasının mədəniyyət sənətlərini bir dam altında toplayan “Azərbaycan Müstəqillik Günü Sərgisi” Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü şərəfinə 54 azərbaycanlə rəssamının əsərlərini bir araya gətirəcək. KKTC prezident Ersini Tatar tərəfindən 26 mayda Yaxın Şərq Universiteti Xəstəxanası Sərgi Salonunda açılacaq xüsusi sərgi iyunun 2-nə qədər ziyarətçilərin ixtiyarına veriləcək. 

50 mindən çox sənət əsəri ilə təkcə Kıbrısn deyil, bölgənin ən böyük müasir incəsənət muzeyi olan Kıbrıs Müasir İncəsənət Muzeyi, zəngin əsər kolleksiyaları ilə 14 türk toplumuna mənsub sənətkarların əsərlərini bir araya gətirir. Kıbrıs Müasir İncəsənət Muzeyinin kolleksiyasında Azərbaycan rəssamlarının əsərləri əhəmiyyətli rəngarəngliyə malikdir. 

Yaxın Şərq Universiteti və Kıbrıs Müasir İncəsənət Muzeyi Azərbaycanın müstəqilliyini qazanmasının 105-ci ildönümü şərəfinə düzənlədiyi “Azərbaycan Müstəqillik Günü Sərgisi” ilə Türk dünyasının ən önəmli parçalarından Azərbaycanın müstəqilliyi Quzey Kıbrıs Türk Cümhuriyyətində qeyd olunacaq.

Prof. Dr. İrfan Suat Günsel: “Qardaş Azərbaycan xalqının müstəqillik şövqünü bölüşmək üçün bütün xalqımızı bu xüsusi və mənalı sərgiyə dəvət edirik”. 

Azərbaycanın türk dünyasının ən önəmli parçalarından biri olduğunu vurğulayan Yaxın Şərq Formasiyası Qəyyumlar Şurasının sədri Prof. Dr. İrfan Suat Günsel “Bir-birinə ortaq tarix, mədəniyyət və sənət bağı ilə bağlı olan Türk dünyasının ən önəmli nümayəndələrindən biri olan Azərbaycanın 105-ci müstəqillik gününü səmimi qəlbdən qeyd edirik”, deyib. 

Yaxın Şərq Universitetinin kampusunda Kıbrıs Müasir İncəsənət Muzeyi layihəsi ilə türk dünyasının ortaq mədəniyyətini, tarixini və sənətini bir dam altında toplayaraq, Quzey Kıbrıs Türk Cümhuriyyətinə çatan bir mədəniyyət körpüsü qurduqlarını ifadə edən Prof. Dr. İrfan Suat Günsel deyib ki, 14 türk toplumuna mənsub rəssamların əsərlərindən ibarət 50 minlik zəngin kolleksiyamızda Azərbaycan rəssamlarının imzası olan əsərlər çox xüsusi yer tutur. 

Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü şərəfinə təşkil olunan və 54 Azərbaycan rəssamının əsərlərindən ibarət “Azərbaycan Müstəqillik Günü Sərgisi” ilə qardaş Azərbaycan xalqının istiqlal coşqusunu bölüşəcəklərini bildirən Prof. Dr. Günsel “Bütün insanlarımızı bu xüsusi və maraqlı sərgiyə dəvət edirik” deyib.

 

 

 

 

 

 


Oxunma sayı: 1156

Oxşar yazılar