Ermənistan və Suriya rejimindən geri ADDIM: Ərdoğanın qələbəsi xəyallarını suya düşürdü

  • 01:28 - 25 May

Türkiyədəki seçkilərdə Ərdoğanın qələbə qazanacağı gözləntiləri Ermənistanı geri addım atmağa məcbur edib. Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacağını bəyan edib. Suriya BMT-nin qətnaməsini yerinə yetirməyə hazır olduqlarını bəyan edib. İraq PKK terror təşkilatını blokadaya alıb. 

Avropa.info xəbər verir ki, seçkilərin birinci turundan sonra dünya Rəcəb Tayyib Ərdoğan reallığını bir daha qəbul edib. Türk dünyasında, Qərb ölkələrində və Yaxın Şərqdə böyük diqqətlə izlənilən seçki prosesi CHP-Millət İttifaqı cəbhəsinin daxili və xarici siyasətlə bağlı vədləri ilə fərqli gözləntiləri də özü ilə gətirib. 

Qərb ölkələrinin terror təşkilatlarına açıq dəstəyinə qarşı Ərdoğan meydanı boş qoymayıb. Diplomatik trafik sürətlənib. Digər tərəfdən, Suriya və İraq oxunda bir-birinin ardınca PKK terror təşkilatına böyük zərbələr endirilib. Ərdoğanın mayın 14-dəki seçki zəfəri qazanması terror təşkilatlarını və Kılıçdaroğlunun qələbəsinə ümid bağlayanları məyus edib. 

"Türkiye" qəzetinə açıqlama verən yüksək rütbəli təhlükəsizlik rəsmisi bildirib ki, “Kamal Kılıçdaroğlunun açıqlamaları terror cəbhəsi ilə yanaşı, tərəfdarlarına ciddi ümidlər verdi. Türkiyənin son dövrlərdə əldə etdiyi siyasi, iqtisadi, hərbi və diplomatik qazanclarının sona çatdığı təsəvvürü yaratmağa çalışılıb”. Qurum rəsmisi bildirib ki, seçkinin nəticəsi və MİT rəhbəri Hakan Fidanın İraq və digər region ölkələrinə səfərləri, İran, Rusiya, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ kimi dövlətlərin iştirak etdiyi siyasi-hərbi təmaslar planları alt-üst edib.. 

PKK-nın maddi-texniki bazası olmaqla yanaşı, həm də hərbi təlim keçdiyi Mahmura 25 ildir müdaxilə edilmədiyini xatırladan təhlükəsizlik rəsmisi qeyd edib ki, “Səkkiz aydır Suriyada Şeyx Maksut, Eşrefiye və Şehba adlandırılan Tel Rifatda PKK terror təşkilatı, sözün həqiqi mənasında, qısqac altındadır. Haseke, Rakka, Deyr əz-Zor və Mənbic kimi terror təşkilatının işğal etdiyi yaşayış məntəqələrindən rejim bölgələrinə keçidlər çətinləşdirilib. Dəməşq administrasiyası ticarət, təhsil və səhiyyə də daxil olmaqla bütün sahələrdə məhdudiyyətlər qoyub. Terrorun ən əhəmiyyətli nəfəs kanallarından biri olan İraq və Suriya arasındakı Fiş Habur-Semelka keçid məntəqəsi yenidən bağlanıb. İlk turda ortaya çıxan mənzərə ilə kənarda fərqli gözləntiləri olanlar hesablarını yenidən yeniləməli oldular”.

İraq parlamentinin keçmiş deputatı Nebil Harbul bildirib ki, Rəcəb Tayyib Ərdoğanın adının Yaxın Şərqin real siyasətində mühüm yeri var: "Türkiyə bütün bölgədə sabitlik istəyir. İordaniya, Bəhreyn, Misir, İraq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və hətta Suriya xalqı bunu bilir və görür. İnsan mərkəzli diplomatiya və siyasət mütləq öz bəhrəsini verəcək. Ərdoğan faktorunun həlledici rolu var və biz İraq və Suriyada PKK-ya qarşı baş verənləri qabaqcıl addımlar kimi görə bilərik. Bunların ardınca yeni və daha güclü yanaşmalar gələcək”. 

Suriyalı jurnalist Sarkis Kassargiyan bildirib ki, Dəməşqin PKK-nın nəzarətindəki bölgələrinə qarşı tətbiqlər Türkiyə ilə davam edən danışıqlardan asılı olmayaraq qiymətləndirilə bilməz. "PKK-PYD Şeyx Maksut, Eşrefiye və Tel Rıfatla bağlı məhdudiyyətlərdən ciddi şəkildə narahatdır”. Türkiyədə keçirilən seçkilərin Suriyada çox diqqətlə izlənildiyini qeyd edən Kassargiyan, “Kemal Kılıçdaroğlunun vədləri Ərdoğanın bu mövzuda real cəhdlərini puça çıxardı. Bundan əlavə, Türkiyənin Bəşər Əsədin Ərəb Liqasına yenidən dəvət olunmasında konstruktiv rol oynayacağı düşünülür”, - deyə o bildirib. 

Prezident seçkilərinin ikinci turuna günlər qalmış Qarabağ məsələsində diqqətəlayiq gəlişmələr baş verib. Ərdoğanın qələbəsini görən Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa hazır olduqlarını açıqlayıb. 28 ildən sonra Türkiyənin dəstəyi ilə Qarabağı işğaldan azad edən Azərbaycan mühüm uğura imza atıb. Ermənistanın baş naziri Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Moskvada görüşərək, yekun qərarı verəcəklər. 

Dəməşq rəhbərliyi 12 il ərzində israrla məhəl qoymadığı mülki tələbləri ilk dəfə qəbul etdi. Suriyanın xarici işlər naziri Feysəl Mikdat Russia Today kanalına verdiyi açıqlamada Türkiyənin səyləri ilə formalaşan “vətəndaş konstitusiya, azad seçkilər və qaçqınların geri qaytarılması” kimi şərtləri ehtiva edən BMT-nin 2254 saylı qətnamələrini həyata keçirməyə hazır olduqlarını bildirib. Nazir Mikdat həmçinin suriyalı qaçqınları “normal şəraitdə həyata və ləyaqətə qayıtmağa” çağırıb.

Türkiyənin həm Cenevrə konstitusiya danışıqlarında, həm də Astana və Soçi Zirvə toplantılarında əsas çərçivə olaraq təyin etdiyi bu şərtlərin qəbulunun qarşıdakı dövrdə keçiriləcək Dəməşq-Ankara danışıqlarında mühüm rol oynayacağı bildirilir. 

Bu açıqlama çərçivəsində hələ də həbsxanalarda olan on minlərlə suriyalı müxalifin azadlığa buraxılması və qaçqınların təhlükəsiz şəkildə geri qayıtması ilə bağlı rəsmi qərarların qəbul ediləcəyi gözlənilir. Növbəti mərhələ mülki əsaslı konstitusiya olacaq və ardınca azad seçkilər keçiriləcək.


Oxunma sayı: 4368

Oxşar yazılar