ABŞ Ermənistanda kiçik modul nüvə reaktorları tikməyi planlaşdırır

  • 18:30 - 25 May

ABŞ Ermənistan da daxil olmaqla bir sıra ölkələrdə kiçik modul nüvə reaktorları tikməyi düşünür. 

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi bildirib. 

“Bir sıra ölkələrdə, o cümlədən Ermənistanda biz Amerika texnologiyasından istifadə etməklə tikilmiş və həm Rusiyadan, həm də Çindən daha böyük enerji müstəqilliyinə gətirib çıxara bilən kiçik modul nüvə reaktorlarının quraşdırılması imkanlarını qiymətləndiririk”, - deyə Lonqi bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb.

Qeyd edək ki, Ermənistan enerji ehtiyacının böyük hissəsini Rusiyadan idxal hesabına ödəyir. 

Ölkədə elektrik enerjisinin təxminən 40 faizi Türkiyə sərhədi yaxınlığında yerləşən Metsamor AES-də istehsal olunur.


Oxunma sayı: 2388

Oxşar yazılar