Araşdırma: Qağayıların nədən simit yediyi ortaya çıxdı - FOTO

  • 14:29 - 25 May

İngiltərənin Brighton şəhərində qağayıları tədqiq edən elm adamları qağayıların insanları seyr edərək qida seçimləri etdiyini aşkar ediblər. 

Avropa.info xəbər verir ki, İngiltərədəki Sussex Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada qağayıların qida istehlakında insanları "təqlid etdiyi" müəyyən edilib. 

Brighton şəhərində qağayıları tədqiq edən tədqiqatçılar qağayıların insanları seyr edərək qida seçimlərini etdiklərini aşkar ediblər. 

Brighton çimərliyinə bir paket çipsi qoyan elm adamları qağayıların yeməyə yaxınlaşmadığını müəyyən ediblər. Lakin tədqiqatçılar sözügedən çipsləri yeməyə başlayanda qağayılar sanki paketlərə doğru çəkilir. 

Əvvəlki araşdırmalarda qağayıların insanların toxunduğu yeməyə üstünlük verdiyi qeyd edilib. 

Exeter Universiteti tərəfindən aparılan bir araşdırma, şimal gümüşü qağayıların tərk edilmiş yeməkdən daha çox insanların tutduqlarını gördükləri yeməyi udma ehtimalının daha yüksək olduğunu göstərib.


Oxunma sayı: 2652

Oxşar yazılar