NATO-dan AÇIQLAMA: F-16-lar Ukraynaya nə zaman veriləcək? - VİDEO

  • 13:32 - 25 May

NATO-nun baş katibi Yens Stoltenberq F-16-ların Ukraynaya nə vaxt və necə çatdırılacağına hələ qərar verilmədiyini, ilk olaraq pilotların təliminin tamamlanacağını, daha sonra isə təyyarələrin sahədəki vəziyyətə uyğun olaraq göndəriləcəyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun mənzil-qərargahında Latviyanın baş naziri Krisjanis Karins ilə görüşdən sonra mətbuata açıqlama verib. 

Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı suala Stoltenberq bildirib ki, bunun nə vaxt və necə olacağı hələ qərar verilməyib. "Düşünürəm ki, addım-addım getməyin mənası var və ilk növbədə ukraynalı pilotların hazırlanmasından başlamaq lazımdır. Təyyarənin çatdırılması ilə bağlı yekun qərarlar daha sonra müharibənin necə inkişaf etməsindən asılı olaraq veriləcək", - deyə bildirib.

Stoltenberq iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammiti ilə bağlı aşağıdakı qiymətləndirmələri edib: 

"Ukraynanın azad və suveren dövlət kimi üstünlük təşkil etməsini təmin etmək üçün dəstəyimizi artırmaq və saxlamaq çox vacibdir. Vilnüsdə biz həmçinin yeni regional müdafiə planları, yeni qüvvə modeli və gücləndirilmiş komandanlıqla öz çəkindirmə və müdafiəmizi gücləndirməyə davam edəcəyik". 


Oxunma sayı: 2432

Oxşar yazılar