Həbs müddəti 3 ay uzadıldı - Ağ Evdən etiraz

  • 12:33 - 25 May

“The Wall Street Journal”ın Moskva bürosunun müxbiri, ABŞ vətəndaşı Evan Qerşkoviçin həbs müddətini 3 ay artıran Rusiyaya Ağ Evdən reaksiya gəlib. 

Avropa.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi verdiyi açıqlamada Gerşkoviçin həbs müddətinin üç ay uzadılmasının məsuliyyətsiz və qəbuledilməz olduğunu bildirib. 

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən ordunun Rusiyadakı sənaye kompleksi ilə bağlı məlumat topladığı səbəbilə martın 30-da Yekaterinburqda saxlanılan Gerşkoviçin mayın 23-də çıxardığı məhkəmə qərarı ilə müddəti 30 avqusta qədər uzadılıb.


Oxunma sayı: 2531

Oxşar yazılar