Türkiyədə prezident seçkiləri: xaricdə 1 milyon 856 min 968 seçici səs verib

  • 10:31 - 25 May

Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda xaricdə və gömrük keçidlərində səs verən seçicilərin sayı 1 milyon 856 min 968 nəfərə çatıb. 

Xarici nümayəndəliklərdə və gömrük keçidlərində Türkiyə hüdudlarından kənarda seçki siyahılarında qeyd olunan vətəndaşların səsvermə prosesi davam edir. 

Türkiyə nümayəndəliklərində və sərhəd-keçid məntəqələrində səsvermə prosesi mayın 20-dən etibarən davam edir. 

Avropa.info bildirir ki, Türkiyə Yüksək Seçki Komissiyasının məlumatına görə, mayın 24-ü saat 14:00-a olan məlumata görə, xarici diplomatik nümayəndəliklərdə və sərhəd-keçid məntəqələrində 1 milyon 856 min 968 seçici səs verib. 

Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-ü saat 22:00-da, gömrük keçidlərində isə mayın 28-i saat 17:00-dək davam edəcək.


Oxunma sayı: 2850

Oxşar yazılar