Paşinyandan ETİRAF: Ermənistanla Azərbaycan bu barədə razılığa gəlib

  • 22:30 - 24 May

Ermənistan blokun açılması çərçivəsində yeni yolların tikintisi ilə bağlı öhdəlik götürməyib, lakin müəyyən şərtlər daxilində bu məsələyə baxmağa hazırdır, deyə hökumət başçısı qeyd edib. 

Avropa.info-nun "Sputnik Ermənistan"a istinadən məlumatına görə, Paşinyan bəyan edib ki, Azərbaycanın qərb rayonlarını Naxçıvan muxtariyyəti ilə birləşdirən quru yolu məsələsi ayrıca gündəmdə olan məsələ deyil. 

O, parlamentdə "hökumət saatı" zamanı bildirib ki, mövzu regional kommunikasiyaların bloklanması ilə birlikdə müzakirə olunur. 

Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan kommunikasiyaların açılması barədə qarşılıqlı əsasda razılığa gəliblər. "Bu kontekstdə yeni nəqliyyat infrastrukturlarının yaradılması ideyası üzərində iş aparılır. Ermənistan yeni infrastrukturların qurulması ilə bağlı öhdəlik götürməyib, lakin bu variantı da nəzərdən keçirməyə hazırdır", - deyə Paşinyan bildirib. 


Oxunma sayı: 2982

Oxşar yazılar