Sandu: Avropa İttifaqı ilə yaxınlaşmaq üçün daha çox körpülər tikəcəyik

  • 20:36 - 24 May

Mayın 23-dən Rumıniya ilə dövlət sərhədində yeni keçid məntəqəsi fəaliyyətə başlayıb. 

Avropa.info xəbər verir ki, bu barədə Moldova prezidenti Maya Sandu bildirib.

“Cəmi səkkiz ay ərzində Moldova Respublikasının Leova və Rumıniyanın Bumbeta qəsəbələri arasında Prut çayı üzərindən ponton körpüsü tikilib. Biz Rumıniya və Avropa İttifaqı ilə daha da yaxın olmaq üçün daha çox körpülər tikəcəyik”, - deyə dövlət başçısı bildirib.


Oxunma sayı: 1167

Oxşar yazılar