BMT Baş Katibi: Taxıl sazişi dünya ərzaq bazarlarını sabitləşdirdi

  • 19:33 - 24 May

Qara Dəniz Taxıl Təşəbbüsü qlobal ərzaq bazarlarını sabitləşdirməyə, ərzaq qiymətlərini azaltmağa və ərzaq böhranının təsirlərini yumşaltmağa kömək etdi. 

Avropa.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş Təhlükəsizlik Şurasının silahlı münaqişələr zamanı mülki əhalinin müdafiəsinə həsr olunmuş iclasında deyib. 

“Ukrayna 30 milyon metrik tondan çox ərzaq ixrac edə bilib. Bura Əfqanıstan, Efiopiya, Keniya, Somali və Yəməndə humanitar əməliyyatlara dəstək məqsədilə Ümumdünya Ərzaq Proqramı tərəfindən həyata keçirilən mühüm taxıl daşımaları daxildir. Rusiya Federasiyasının Qara Dəniz Təşəbbüsündə iştirakını daha 60 gün davam etdirəcəyini təsdiqləməsini alqışlayıram”, - Quterreş bildirib. 

O qeyd edib ki, həll olunmamış məsələlər qalır, lakin Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələri onları müzakirə etməyə davam edəcəklər.


Oxunma sayı: 2212

Oxşar yazılar