Azərbaycanlı idmançılardan beynəlxalq turnirdə uğurlu nəticələr - FOTO

  • 12:11 - 22 May

Azərbaycan Braziliya Ciu-citsu Federasiyasının idmançıları 18-23 may tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutan Abu Dhabi Jiu-Jitsu Pro (AJP) nüfuzlu beynəlxalq turnirində iştirak ediblər.

Avropa.info xəbər verir ki, idmançılarımız turnirdə uğurlu nəticələr əldə ediblər. 

Belə ki, yarışa qatılan 16 idmançımızdan 15-i medal qazanıb.

Onlardan 9 nəfər 1-ci yer, 3 nəfər 2-ci yer, 3 nəfər isə 3-cü yerə layiq görülərək Braziliya Ciu-citsu döyüş növü üzrə qələbə qazanıblar. 
Bununla belə, ümumi komanda hesabında 21 ölkə arasında medalların sayına görə Azərbaycan təmsilçiləri 4-cü pillədə qərarlaşıblar. 
Xüsusi qeyd edək ki, Ermənistan komandası Azərbaycandan sonra 5-ci yerdə qərarlaşıb.

Qaliblərin siyahısını təqdim edirik:

Qasımov Abbas – 1-ci yer
Ağaməmmədov Balaəli – 1-ci yer
Ağalı Emir – 1ci yer
Hüseynov Anar – 1-ci yer
Məmmədov Turqut – 1-ci yer
Rəhimov Məmmədəli – 1-ci yer
Ağadadaşov Yusuf – 1-ci yer
Həsənzadə Ayxan – 1-ci yer
Qocayev İbrahim – 1-ci yer
Ağayev Elnur – 2-ci yer
Verdiyev Qafar – 2-ci yer
Davudov Rəşid – 2-ci yer
Mahmudov Fərhad – 3-cü yer
Qəhrəmanov Həsənağa – 3-cü yer
Davudov Rəşid – 3-cü yer


Oxunma sayı: 9758

Oxşar yazılar