Azərbaycanlı oğlan ofisiant sevgilisini restoranda öldürdü

  • 17:00 - 25 Aprel

Belarusun Minsk şəhərində Azərbaycan vətəndaşı 12 il 2 ay müddətində həbs edilib.

Avropa.info BAKU.WS-ə istinadən xəbər verir ki, Minsk şəhər məhkəməsi məlumat yayıb.

Bildirilib ki, hadisə "Moulen Rouge" restoranında baş verib.

Belə ki, bu il yanvarın 8-də "Moulin Rouge" restoranında sərxoş vəziyyətdə olan azərbaycanlı şəxs, qısqanclıq zəminində orada ofisiant işləyən sevgilisini qətlə yetirib.

Daha sonra məlum olub ki, əvvəllər həmin şəxs, Belarusdan deportasiya edilib və ölkəyə girişi qadağan olunub. Buna baxmayaraq o, 2018-ci ildə qayıdıb və qətlə qədər orada yaşayıb.

Həmin şəxs məhkəmədə qadağaya baxmayaraq, Belarusa qayıtdığını etiraf edib, lakin qətldə özünü təqsirli bilməyib. O, hər iki maddə ilə təqsirli bilinərək, 12 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.


Oxunma sayı: 5622

Oxşar yazılar